Naxçıvanda avtomobil aşdı, 76 yaşlı qadın öldü

Naxçıvanda avtomobil aşdı, 76 yaşlı qadın öldü

Şahbuz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Xəbər yerində”nin məlumatına görə, qəza Şahbuz–Batabat magistralında qeydə alınıb.

Hadisə zamanı “VAZ 21013” markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.

Qəza zamanı avtomobildə olan Şahbuz rayon sakini, 1950-ci il təvəllüdlü Ə. Cəlilova aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.

Faktla bağlı əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Hadisənin səbəbləri və digər hallar araşdırılır.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir