Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasının əməkdaşı kapitan Özcan Kərimov kamandan oxatma yarışında bürünc medal qazanıb.
Xəbər yerində Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Gənclər və İdman Nazirliyi və Azərbaycan Kamandan Oxatma Federasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında kamandan oxatma yarışı keçirilib.
Yarışda 9 dövlət qurumundan 23 əməkdaş, o cümlədən 13 kişi və 10 qadın iştirak edib. İştirakçılar şəxsi yarışlarda öz bacarıqlarını nümayiş etdirərək mübarizə aparıblar.
FHN Akademiyasının əməkdaşı kapitan Özcan Kərimov kişilər arasında 10 metr məsafədən hədəfə atış üzrə uğurlu nəticə göstərərək yarışın bürünc medalına sahib olub.
Yarışın qalibləri Gənclər və İdman Nazirliyinin diplom və medalları ilə təltif ediliblər.



