Milan Rafael Leao üçün qərar verdi: 40 milyon avroluq təklifə yaşıl işıq

Milan Rafael Leao üçün qərar verdi: 40 milyon avroluq təklifə yaşıl işıq

Xəbər Yerində İdman TV-ə istinadən xəbər verir ki, “Milan” portuqaliyalı hücumçu Rafael Leao üçün təxminən 40 milyon avro dəyərində təklifləri nəzərdən keçirməyə hazırdır. Məlumatı insayder Nikola Skira yayıb.

Bildirilir ki, 27 yaşlı futbolçu artıq İtaliya klubunda “toxunulmaz” oyunçu hesab edilmir və rəhbərlik onunla bağlı konkret təkliflər gözləyir.

Leao 2019-cu ildən “Milan”ın formasını geyinir. Bu müddətdə 293 oyunda 80 qol vurub və 55 məhsuldar ötürmə edib.

Portuqaliyalı futbolçunun “Milan”la müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. Son həftələrdə onunla Türkiyənin “Qalatasaray” klubunun da maraqlandığı barədə xəbərlər yayılıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir