Mirmehdi Miriyev: bir gündə 6 kq çəki atdı, tər içində qaldı-VİDEO

Mirmehdi Miriyev: bir gündə 6 kq çəki atdı, tər içində qaldı-VİDEO

Xəbər Yerində xəbər verir ki, azərbaycanlı MMA döyüşçüsü Mirmehdi Miriyev Taylandın Banqkok şəhərində keçirilən “ONE Friday Fights 166” turnirində monqolustanlı Batochir Batsaikhan üzərində qələbə qazanıb.

Döyüşdən əvvəl çəkisalma prosesi zamanı çəkdiyi görüntüləri paylaşan Miriyev bir gün ərzində 6 kiloqram çəki itirdiyini bildirib.

Videoda idmançının üzündəki yorğunluq açıq şəkildə hiss olunur. Onun güclü tərlədiyi, geyiminin altından tərin axdığı görüntülərdə diqqət çəkir.

Miriyevin paylaşdığı görüntülər döyüşə hazırlıq prosesinin nə qədər ağır keçdiyini göstərir. O, bütün bu çətinliklərə baxmayaraq, rinqə çıxaraq rəqibini məğlub edib.

Qeyd edək ki, “ONE Friday Fights 166” turniri avqustun 14-də Banqkokda keçirilib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir