Nardaranda 24 yaşlı gənc intihar edib-YENİLƏNİB

Nardaranda 24 yaşlı gənc intihar edib-YENİLƏNİB

Xəbər Yerində-nin əldə etdiyi məlumata görə, Nardaran qəsəbəsində 24 yaşlı M. Qiyas adlı gənc intihar edib.

Məlumata görə, o, yaşadığı evdə özünü asaraq həyatına son qoyub.

Bildirilib ki, gəncin anası vəfat edib, atası isə hazırda cəzaçəkmə müəssisəsindədir.

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

***************

Nardaranda yaşayan 22 yaşlı Qiyas Babayevin vəfatı ilə bağlı yeni detallar məlum olub.

Məlumata görə, hadisə avqustun 20-də gecə saatlarında baş verib. Qiyas Babayev yaşadığı evin qaraj hissəsində özünə qəsd edib və onun meyiti gecə saat 3 radələrində aşkarlanıb. Gəncin səhər saatlarında dəfn edildiyi bildirilir.

Qiyas Babayev futbolla maraqlanıb. O, həvəskar futbolçu kimi bir sıra komandalarda çıxış edib, Bakıətrafı qəsəbələrdə və müxtəlif bölgələrdə keçirilən yerli turnirlərdə iştirak edib.

Məlumata görə, onun TikTok hesabının təkrar paylaşımlar bölməsində ölüm mövzulu videolar da yer alıb.

Hadisənin səbəbi ilə bağlı isə bəzi iddialar səsləndirilir. Həmin iddialara görə, Qiyas Babayev bir xanıma görə özünə qəsd edib. Lakin bu məlumat dəqiq deyil və rəsmi şəkildə təsdiqlənməyib.

Allah rəhmət eləsin, ailəsinə və yaxınlarına səbr versin.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir