ABŞ İraqda amerikalı hərbçinin həlak olması ilə bağlı xəbərlərdən sonra İranla mümkün hərbi qarşıdurmanın genişlənməsi ehtimalını müzakirə edir.
Xeberyerinde Apa-ya istinadən xəbər verir ki, bu barədə “The Washington Post” məlumatlı mənbələrə istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, İraqda ABŞ hərbçisinin ölümü Vaşinqtonda hərbi əməliyyatların miqyasının artırılması ilə bağlı müzakirələri intensivləşdirib. Mənbələrin iddiasına əsasən, ABŞ administrasiyası İrana qarşı daha genişmiqyaslı hərbi ssenariləri nəzərdən keçirir.
Qeyd olunub ki, hadisə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) İraqda qəzaya uğramış İran pilotsuz uçuş aparatının zərərsizləşdirilməsi əməliyyatı zamanı baş verib. CENTCOM-un açıqlamasına görə, əməliyyat zamanı bir amerikalı hərbçi həlak olub.

