ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) məlumatına görə, ABŞ ordusu cümə axşamı ABŞ-ın şərq vaxtı ilə saat 21:40-da İrana qarşı növbəti hava zərbələri dalğasını başa çatdırıb. Bu, ABŞ qüvvələrinin İrana qarşı ardıcıl altıncı gecə həyata keçirdiyi hava hücumları olub. Bombardmanlar əsasən İranın cənubunu hədəf alsa da, son zərbələrin bir qismi ölkənin daxili bölgələrinə qədər uzanıb.
Körfəz ölkələri də hədəfdə:
Qətər ölkəyə yönələn raket hücumunun hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirildiyini açıqlayıb. CNN jurnalistləri Dohada güclü partlayış səslərinin eşidildiyini bildiriblər. Küveyt raket və pilotsuz uçuş aparatları təhlükəsinə qarşı tədbirlər gördüyünü açıqlayıb, Bəhreyndə isə hava həyəcanı siqnalları işə salınıb.
Gərginlik artır:
Tərəflərdən heç biri danışıqlara qayıtmağa hazır olduqlarını bildirməyib. İran Hörmüz boğazını “keçilməsi mümkün olmayan qırmızı xətt” adlandırıb və ABŞ Prezidenti Donald Trampın İran infrastrukturuna zərbə endirilməsi ilə bağlı təhdidlərinə sərt cavab verib.
Dəniz blokadası davam edir:
ABŞ İran limanlarına qarşı tətbiq etdiyi dəniz blokadasını bərpa etdikdən sonra Tehranın iqtisadiyyatı üçün həyati əhəmiyyət daşıyan Xark adasına doğru hərəkət edən boş neft tankerini vurub.
Mənbə: CNN

