Ağdam Rayon Mərkəzi Xəstəxanasında əməliyyata hazırlıq mərhələsində olan xəstə vəfat edib.
Hadisə ilə bağlı məlumata görə, 52 yaşlı Beyləqan sakini Məmmədov Qərib Qanboy oğlu əməliyyat olunmaq üçün Goranboy Rayon Mərkəzi Xəstəxanasından Ağdam Rayon Mərkəzi Xəstəxanasına göndərilib.
Xəstə əməliyyatdan əvvəl zəruri müayinələrdən keçirilib. Hazırlıq zamanı onun ürəyi qəfil dayanıb. Həkimlərin göstərdiyi tibbi yardımlara baxmayaraq, Q.Məmmədovun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: Qafqazinfo

