Azərbaycan Prezidenti İlham Əliyev Fransa Prezidenti Emmanuel Makronu ölkənin milli bayramı münasibətilə təbrik edib.
Dövlət başçısının təbrik məktubunda Fransa xalqına xoş arzular çatdırılıb və Azərbaycan-Fransa münasibətlərinin inkişaf perspektivlərinə toxunulub.
Prezident İlham Əliyev qeyd edib ki, Emmanuel Makronla keçirilən son telefon danışıqları və ötən il Kopenhagendə baş tutan görüş zamanı ikitərəfli əlaqələrin hazırkı vəziyyəti və gələcək istiqamətləri ilə bağlı aparılan müzakirələr münasibətlərdə yeni mərhələnin başlanmasına əsas verir.
Təbrik məktubunda Azərbaycan və Fransa arasında tarixi köklərə malik əlaqələrin iqtisadiyyat, mədəniyyət, təhsil və digər qarşılıqlı maraq doğuran sahələrdə daha da genişləndirilməsi üçün əməkdaşlığın davam etdiriləcəyinə əminlik ifadə olunub.
Azərbaycan Prezidenti Fransa xalqına sülh, əmin-amanlıq və rifah arzularını çatdırıb.
Mənbə: Qafqazinfo

