Ağstafa rayonunda bıçaqlanma hadisəsi baş verib.
Hadisə rayonun Qırılı kəndi ərazisində qeydə alınıb. İlkin məlumata görə, 2005-ci il təvəllüdlü Ayxan Budaqlı ürək nahiyəsindən bıçaq xəsarəti alıb.
Yaralı təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılıb və ona zəruri tibbi yardım göstərilib.
Faktla bağlı Ağstafa Rayon Polis Şöbəsində araşdırma başlanılıb. Hadisənin hansı şəraitdə baş verdiyi və bıçaqlanmanın kim tərəfindən törədildiyi istintaq zamanı müəyyənləşdiriləcək.
Mənbə: Azxəbər

