Avqustun 21-də Salyan rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Xəbər Yerində Apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Qarabağlı kəndində qeydə alınıb. “Mercedes” markalı avtomobil yolu keçmək istəyən 32 yaşlı Sahil Əsgərlini vurub.
Ağır xəsarətlər alan piyada xəstəxanaya çatdırılıb. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Sosial şəbəkələrdə yayılan görüntülərə əsasən, Sahil Əsgərli anası ilə birlikdə yolu keçmək üçün yol kənarında dayanıb. O, hərəkətdə olan avtomobilin qarşısından keçmək istəyərkən nəqliyyat vasitəsi tərəfindən vurulub. Hadisə zamanı anası yolun kənarında qalıb.
Faktla bağlı araşdırma aparılır.

