Qubada 5 aylıq hamilə qadın xəstəxanada vəfat edib
Quba Rayon Mərkəzi Xəstəxanasında faciəvi hadisə baş verib.
“Shimal.news”un məlumatına görə, 5 aylıq hamilə olan gənc qadın xəstəxanada dünyasını dəyişib.
İlkin iddialara əsasən, qadına antibiotik iynəsi vurulduqdan sonra səhhəti qəfil pisləşib. Həkimlərin müdaxiləsinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Məlumata görə, mərhumənin bir övladı da olub.
Hadisə ilə bağlı aidiyyəti qurumlara sorğu göndərilib. Hazırda qadının ölüm səbəbləri və hadisənin təfərrüatları araşdırılır.

