Müğənni Xatun Əliyeva canlı yayım zamanı həmkarı Namiq Qaraçuxurlu ilə münasibətləri barədə danışıb.
Xəbər Yerində Milli.Az-a istinadən xəbər verir ki, sənətçi uzun müddətdir meyxana ustadı ilə əlaqə saxlamadığını və danışmadığını bildirib.
Xatun Əliyeva bunun səbəbinin Aygün Kazımova ilə bağlı məsələ olduğunu deyib.
“Aygün Kazımovaya görə danışmıram. Aygün xanım bağışlasa da, mən bağışlaya bilmirəm. Duet oxudular, onu da paylaşmadım”, – deyə müğənni bildirib.
Xatun Əliyevanın bu açıqlaması sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

