Tanınmış aktyor Azər Axşamın vəfat etməsi ilə bağlı sosial şəbəkələrdə yenidən yanlış məlumat yayılıb.
Xeberyerinde Unikal-a istinadən xəbər verir ki, aktyor yayılan xəbərlərə şəxsi “Instagram” hesabında çəkdiyi video ilə münasibət bildirib.
Azər Axşam ölüm xəbərinin ona çatdırıldığını və bunun artıq dəfələrlə təkrarlandığını deyib.
“Bu gün zəng vurublar ki, yenə sizin ölüm xəbəriniz yayılıb. Bu artıq neçənci dəfədir. Çox maraqlıdır ki, bu xəbərləri kim, niyə yayır və onların qazancı nədir? Dedim, video çəkim ki, hər şey yaxşıdır”, – deyə aktyor bildirib.
Ölüm xəbəri daha əvvəl də yayılmışdı
Qeyd edək ki, Azər Axşamın vəfat etməsi barədə oxşar məlumat ötən il də sosial şəbəkələrdə yayılmışdı. Aktyor həmin vaxt da xəbərin həqiqəti əks etdirmədiyini bildirmişdi.

