Azərbaycan yeniyetmə cüdoçuları dünya çempionatını 2 medalla başa vurdu

Azərbaycan yeniyetmə cüdoçuları dünya çempionatını 2 medalla başa vurdu

Azərbaycanın yeniyetmə cüdoçuları Ekvadorun Quayakil şəhərində keçirilən dünya çempionatında iki medal qazanıblar.

Xəbər Yerində İdman tv-ə istinadən xəbər verir ki, yarışın son günündə 81 kiloqram çəki dərəcəsində mübarizə aparan Ayxan Həsənli gümüş medal əldə edib.

Daha əvvəl 50 kiloqram çəki dərəcəsində çıxış edən Fərid Rzazadə bütün rəqiblərinə qalib gələrək dünya çempionu olub.

Beləliklə, Azərbaycan millisi mundialı 1 qızıl və 1 gümüş medalla başa vurub.

Komanda oğlanların yarışında 59 ölkə arasında dördüncü, ümumi medal sıralamasında isə beşinci yeri tutub.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir