Azərbaycanın bəzi bölgələrində qeyri-sabit hava şəraiti davam edir. Ayrı-ayrı ərazilərdə fasilələrlə yağış yağır, bəzi yerlərdə leysan xarakterli yağıntı müşahidə olunur və şimşək çaxır.
Xeber Yerinde xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin avqustun 14-ü saat 10:00-a olan məlumatında bildirilib.
Qeyd olunub ki, xüsusilə dağlıq və dağətəyi rayonlarda yağıntılar intensiv və güclü olub.
Ən çox yağıntı Qax rayonunun Sarıbaş kəndində qeydə alınıb. Burada 53 mm yağıntı düşüb. Balakəndə 45 mm, Zaqatalada 44 mm, Xınalıqda 40 mm, Qrızda 20 mm, Qusarda və Gədəbəydə 10 mm yağıntı qeydə alınıb.
Bundan əlavə, Quba və Tovuzda 8 mm, Ağdamda 7 mm, Xaçmaz, Şabran və Kişçayda (Şəki) 4 mm, Daşkəsən, Lənkəran, Ceyrançöl və Culfada 3 mm, Şahdağ və Qəbələdə isə 2 mm yağıntı düşüb.
Göygöl, Gəncə, Naftalan, Oğuz, Tərtər, Mingəçevir, İsmayıllı, Kəlbəcər, Laçın, Füzuli, Zəngilan, Sabirabad, eləcə də Bakı və Abşeron yarımadasında 1 mm yağıntı qeydə alınıb.

