Azərbaycanın valyuta ehtiyatları 15,3 milyard dollara çatdı

Azərbaycanın valyuta ehtiyatları 15,3 milyard dollara çatdı

Azərbaycan Mərkəzi Bankının rəsmi valyuta ehtiyatları ilin əvvəlindən 32,9% artaraq 15,3 milyard ABŞ dollarına yüksəlib.

AMB-nin məlumatına görə, avqustun 31-nə olan göstərici ötən ilin sonu ilə müqayisədə 3,8 milyard dollar çoxdur.

İllik müqayisədə də ciddi artım qeydə alınıb. Belə ki, 2025-ci ilin avqustunun sonunda 11,2 milyard dollar olan ehtiyatlar bir il ərzində 4,1 milyard dollar və ya 36% artıb.

Təkcə avqust ayında Mərkəzi Bankın valyuta ehtiyatları təxminən 1,5 milyard dollar və ya 11,1% yüksəlib. İyulun sonunda bu göstərici 13,8 milyard dollar təşkil edib.

AMB ehtiyatların rekord səviyyəyə çatmasını tədiyə balansında cari əməliyyatlar üzrə profisit, maliyyə sektorunda dedollarlaşmanın davam etməsi və valyuta bazarında təklifin tələbi üstələməsi ilə əlaqələndirib.

Mərkəzi Bank bildirib ki, valyuta bazarından alınan xarici valyutanın gələcəkdə bazarda formalaşacaq tələbdən asılı olaraq tarazlığın təmin edilməsi məqsədilə yenidən bazara yönəldilməsi mümkündür.

Qurum makroiqtisadi sabitliyin qorunması məqsədilə valyuta bazarında alış və ya satış əməliyyatlarında iştirak edəcəyi təqdirdə bununla bağlı məlumat veriləcəyini açıqlayıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir