Azərbaycan dünya çempionatına 14 cüdoçu ilə yollanır

Azərbaycan dünya çempionatına 14 cüdoçu ilə yollanır

Xeberyerinde xəbər verir ki, avqustun 20-23-də Ekvadorun Quayakil şəhərində keçiriləcək yeniyetmələr arasında cüdo üzrə dünya çempionatında Azərbaycan 14 idmançı ilə təmsil olunacaq.

Yığmanın heyətində 10 oğlan və 4 qız cüdoçu yer alıb. Komandaya oğlanlardan ibarət yığmanın baş məşqçisi Emin İskəndərov, məşqçi Nicat Şıxəlizadə, qızlardan ibarət yığmanın baş məşqçisi Elnur İsmayılov və məşqçi Əmrah Əhmədov rəhbərlik edəcəklər.

Qeyd edək ki, dünya çempionatında 61 ölkədən 459 idmançı (242 oğlan, 217 qız) medallar uğrunda mübarizə aparacaq.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir