Azərbaycanın qadın voleybolçulardan ibarət milli komandası bu gün Bakıda keçirilən Avropa çempionatında növbəti oyununa çıxacaq.
Xəbər Yerində xəbər verir ki, Faiq Qarayevin rəhbərlik etdiyi yığma C qrupunun üçüncü turunda Rumıniya ilə üz-üzə gələcək.
Qarşılaşma Milli Gimnastika Arenasında keçiriləcək və saat 18:30-da başlayacaq.
C qrupunun digər matçında isə Niderland və Portuqaliya yığmaları saat 15:30-da qarşılaşacaqlar.
İki turdan sonra Azərbaycan millisi 6 xalla qrupun lideridir. Belçika 5 xalla ikinci, Niderland 2 xalla üçüncüdür. Rumıniya və İspaniyanın hərəsinin 1 xalı var. Portuqaliya isə xalsız olaraq sonuncu pillədə qərarlaşıb.
Qeyd edək ki, C qrupunun oyunları avqustun 28-dək Bakıda keçiriləcək. Reqlamentə əsasən, qrupda ilk dörd yeri tutan komandalar pley-off mərhələsinə yüksələcəklər.

