Azərbaycanda hava kəskin dəyişdi: yağış, leysan

Azərbaycanda hava kəskin dəyişdi: yağış, leysan

Xəbər Yerində Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, avqustun 16-sı saat 10:00-a olan məlumata görə, ölkə ərazisinin bəzi yerlərində fasilələrlə yağıntılı hava şəraiti davam edir. Ayrı-ayrı ərazilərdə leysan xarakterli yağış yağıb, şimşək çaxıb.

Ən çox yağıntı Astara rayonunda qeydə alınıb. Burada 40 mm yağıntı düşüb ki, bu da aylıq normanın 48 faizini təşkil edir. Zaqatalada 11, Qubada 9, Ağstafa və Lənkəranda 7, Daşkəsən və Tovuzda 5, Qusarda 4, Xaltanda 3, Lerik və Qaxda 2, Qrız, Altıağac, Şəki, Gədəbəy və Şəmkirdə isə 1 mm-dək yağıntı qeydə alınıb.

Bəzi ərazilərdə duman müşahidə olunur. Şahdağ, Altıağac, Şəmkir, Göygöl, Qaxın Sarıbaş kəndi, Daşkəsən və Gədəbəydə görünüş məsafəsi 500 metrədək məhdudlaşıb.

Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsib, küləyin maksimal sürəti 21 m/s-yə çatıb. Neftçalada isə cənub-şərq küləyinin maksimal sürəti 20 m/s olub.

Ölkə üzrə ən yüksək temperatur Naxçıvan Muxtar Respublikasında 36, Aran rayonlarında 34, Bakıda və Abşeron yarımadasında 30, dağlıq rayonlarda isə 20 dərəcəyədək qeydə alınıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir