Azərbaycanın kamandan oxatma üzrə milli komandası Belarusda keçirilən beynəlxalq turnirdə iki dəfə fəxri kürsüyə yüksəlib.
Xəbər Yerində xəbər verir ki, Brest şəhərində təşkil olunan P.İ. Klimuk mükafatları uğrunda yarışda təmsilçilərimizdən Fatimə Hüseynli uğurlu nəticə göstərib.
U-21 yaş qrupunda çıxış edən idmançı fərdi yarışın təsnifat mərhələsində 622 xal toplayaraq ikinci yeri tutub və gümüş medala layiq görülüb.
Azərbaycanın qızlardan ibarət komandası isə komanda yarışını üçüncü pillədə başa vurub. Yaylagül Ramazanova, Fatimə Hüseynli və Lalə Əbdürəhmanovadan təşkil olunan heyət turnirin bürünc medalını əldə edib.
Beləliklə, Azərbaycan təmsilçiləri Belarusdakı yarışdan biri gümüş, biri bürünc olmaqla iki medalla ayrılıblar.
Mənbə: Xəzər Xəbər

