Xəbər Yerində xəbər verir ki, Bərdədə 35 həftəlik hamilə qadın xəstəxanaya çatdırılarkən avtomobildə doğuş edib.
TƏBİB-dən bildirilib ki, hadisə avqustun 10-da saat 10:40 radələrində Bərdə Rayon Mərkəzi Xəstəxanasının Doğum evinin qarşısında baş verib.
Qadının xəstəxanaya gətirilməsi zamanı doğuş başlayıb. Həkimlərin operativ müdaxiləsi nəticəsində ana və körpəyə lazımi tibbi yardım göstərilib.
Nəticədə çəkisi 2 kiloqram 190 qram, boyu 45 santimetr olan qız uşağı dünyaya gəlib.
Hazırda ana və körpənin səhhəti stabil qiymətləndirilir.

