Bakı gecəsində 6:4! “Sabah” Çempionlar Liqasına vəsiqə qazandı

Bakı gecəsində 6:4! “Sabah” Çempionlar Liqasına vəsiqə qazandı

Xəbər Yerində xəbər verir ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda “Sabah” İsrailin “Hapoel” (Beer-Şeva) komandasını 5:2 hesabı ilə məğlub edib.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən qarşılaşmada Bakı təmsilçisi ilk oyundakı 1:2 hesablı məğlubiyyətin əvəzini çıxaraq iki matçın nəticəsinə əsasən 6:4 hesabı ilə üstün olub.

Beləliklə, “Sabah” tarixində ilk dəfə UEFA Çempionlar Liqasının liqa mərhələsində mübarizə aparacaq. Klub bu uğuru əldə edən ikinci Azərbaycan təmsilçisi olub.

“Hapoel” isə Çempionlar Liqasından mübarizəni dayandıraraq Avropa Liqasının liqa mərhələsinə vəsiqə qazanıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir