Bakıda 24 yaşlı hamilə qadın tibbi müdaxilədən sonra həyatını itirib.
Hadisənin Sabunçu Tibb Mərkəzində baş verdiyi bildirilir. Məlumata görə, Tovuz rayon sakini Lalə Quliyevanın 5 aylıq hamiləliyi zamanı dölün qüsurlu olduğu müəyyən edilib və bundan sonra hamiləliyin sonlandırılmasına qərar verilib.
İlkin məlumata əsasən, tibbi müdaxilədən sonra qadında güclü qanaxma baş verib. Onun vəziyyəti ağırlaşıb və həyatını xilas etmək mümkün olmayıb.
TƏBİB-dən sorğuya cavab olaraq bildirilib ki, ötən gün saat 22:30 radələrində 2003-cü il təvəllüdlü qadın Sabunçu Tibb Mərkəzinə ölü vəziyyətdə gətirilib.
Qurumdan qeyd olunub ki, mərhumun meyiti ölüm səbəbinin müəyyənləşdirilməsi üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.
Qeyd edək ki, Lalə Quliyevanın ikinci dəfə hamilə olduğu bildirilir.

