Bakıda 7 yaşlı uşaq dəmir barmaqlıqlar arasında boğularaq öldü

Bakıda 7 yaşlı uşaq dəmir barmaqlıqlar arasında boğularaq öldü

Xəbər Yerində xəbər verir ki, Bakının Ramana qəsəbəsində azyaşlının ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

Hadisə avqustun 24-də saat 17 radələrində qeydə alınıb. 2018-ci il təvəllüdlü Yusif Əmənov yaşadığı evin həyətində dəmir barmaqlıqların arasından keçərkən başı metal çubuğa ilişib.

Nəticədə azyaşlı boğularaq həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir