Xəbər Yerində xəbər verir ki, “Sabah” bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda İsrailin “Hapoel” (Beer-Şeva) komandası ilə qarşılaşacaq.
Bakı təmsilçisi Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyunda ilk matçdakı 1:2 hesablı məğlubiyyətin əvəzini çıxmağa çalışacaq. Görüş saat 20:45-də başlayacaq.
Qeyd edək ki, ilk oyunda “Sabah” səfərdə “Hapoel”ə 1:2 hesabı ilə uduzub. Azərbaycan klubu Çempionlar Liqasının əsas mərhələsinə yüksəlmək üçün bu gün ən azı iki top fərqi ilə qalib gəlməlidir.

