Bakıda daha 10 ünvanda sərnişinlərin rahat minib-düşməsi üçün xüsusi yerlər və taksi duracaqları təşkil olunub.
AYNA-dan bildirilib ki, bunun üçün bəzi parklanma yerləri ləğv edilib, “Durmaq qadağandır” və “Minik taksilərinin duracaq yeri” nişanları quraşdırılıb.
Yeni minib-düşmə yerləri əsasən tibb və sosial xidmət müəssisələrinin, həmçinin nəqliyyat qovşaqlarının yaxınlığında yaradılıb.
Onların arasında Milli Oftalmologiya Mərkəzi, Bakı DOST mərkəzləri, “ASAN xidmət” mərkəzləri, “Memar Əcəmi” və “Azadlıq Prospekti” metro stansiyalarının yaxınlığı, eləcə də “28 Mall” ətrafı var.
Qeyd edək ki, “Azadlıq Prospekti” metro stansiyasının yaxınlığında həm minib-düşmə yeri, həm də taksi duracağı təşkil olunub.

