Xəbər Yerində xəbər verir ki, sosial şəbəkələrdə küçədə halı qəfil pisləşən şəxsin həyatının xilas olunmasını əks etdirən görüntülər yayılıb.
Hadisənin Bakının Xətai rayonunda, Yusif Səfərov küçəsində yerləşən avtobus dayanacağında baş verdiyi bildirilir.
Məlumata görə, avtobus gözləyən kişinin vəziyyəti qəfil pisləşib və o, yerə yıxılıb. Həmin vaxt ərazidən keçən həkim Nicat Cahangirli hadisəyə müdaxilə edərək kişiyə ilkin tibbi yardım göstərib, ürək masajı edib.
Vaxtında göstərilən tibbi müdaxilənin şəxsin həyatının xilas olunmasında mühüm rol oynadığı bildirilir.
Həmin anları əks etdirən görüntüləri təqdim edirik:
Mənbə: Qafqazinfo

