Bakıda inşa edilən yeni metro stansiyalarından birinə “20 Sentyabr” adı veriləcək.
Nazirlər Kabinetinin qəbul etdiyi qərara əsasən, Nəsimi rayonunda, Cəlil Məmmədquluzadə küçəsi, 194 ünvanında yerləşən stansiya bu adla fəaliyyət göstərəcək.
Qərar 2023-cü il sentyabrın 20-də Azərbaycanın bütün ərazisində dövlət suverenliyinin bərpa olunması nəzərə alınaraq, Prezident İlham Əliyevin təşəbbüsü əsasında qəbul edilib.
Sənəddən irəli gələn məsələlərin həlli Bakı Şəhər İcra Hakimiyyətinə və “Bakı Metropoliteni” QSC-yə həvalə olunub.

