Bakının İstiqlaliyyət küçəsində qəza baş verib.
Xeberyerinde Qafqazinfo-ya istinadən xəbər verir ki, minik avtomobili 132-134 nömrəli Təhsil Kompleksinin qarşısındakı məhəccərləri aşaraq çoxillik çinar ağacına çırpılıb.
Qəza nəticəsində sürücü yüngül xəsarət alıb. O, avtomobili yüksək sürətlə idarə edirmiş. Sürücünün sözlərinə görə, hadisə avtomobilin sükan sisteminin qəfil bloklanması səbəbindən baş verib.
Hazırda hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Ərazidə avtomobilin və aşan ağacın götürülməsi, həmçinin qəzanın səbəblərinin araşdırılması istiqamətində işlər aparılır.







