Bu il qəbul imtahanlarında yüksək nəticə göstərən 30 abituriyent ali məktəbə daxil ola bilməyib.
Dövlət İmtahan Mərkəzinin (DİM) “Abituriyent” jurnalının 7-ci sayında yayımlanan məlumatda bildirilir ki, 600-dən çox bal toplayaraq müsabiqədən kənarda qalan 30 nəfərin hamısı IV ixtisas qrupu üzrə imtahan verib.
Digər ixtisas qruplarında 600-dən yuxarı nəticə göstərib ali məktəbə qəbul ola bilməyən abituriyent qeydə alınmayıb.
Bu vəziyyət IV qrupda bəzi ixtisaslara olan yüksək rəqabətlə əlaqələndirilir. Belə ki, bu il Azərbaycan Tibb Universitetinin Tibb fakültəsində keçid balı ingilis bölməsi üzrə 692, Azərbaycan bölməsi üzrə isə 638 bal təşkil edib.
Beləliklə, 600-dən yüksək nəticə göstərmək bəzi ixtisaslar üzrə ali məktəbə qəbul üçün kifayət etməyib.
Mənbə: Qafqazinfo

