Bazar günü hava necə olacaq?

Bazar günü hava necə olacaq?

Xəbər Yerində xəbər verir ki, sentyabrın 20-də ölkə ərazisində hava şəraitinin əsasən sabit keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında gün ərzində dəyişkən buludlu hava müşahidə olunacaq. Əsasən yağıntı gözlənilmir. Şimal-qərb küləyi əsəcək.

Paytaxt və Abşeronda gecə temperaturu 20-23°, gündüz isə 25-29° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 faiz, gündüz 50-55 faiz olacaq.

Ölkənin rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Bununla belə, bəzi dağlıq və dağətəyi ərazilərdə fasilələrlə yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv yağıntı, şimşək və dolu ehtimalı var.

Gecə və səhər saatlarında dağlıq ərazilərdə duman müşahidə ediləcək. Rayonlarda şərq küləyi əsəcək.

Aran rayonlarında gecə 17-22°, gündüz 28-32° isti olacaq. Dağlıq ərazilərdə isə temperaturun gecə 10-15°, gündüz 17-20° isti təşkil edəcəyi gözlənilir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir