Bir ailə yoxa çıxdı: Sevinc məclisi faciə ilə bitdi-VİDEO

Bir ailə yoxa çıxdı: Sevinc məclisi faciə ilə bitdi-VİDEO

Xəbər Yerində Oxu.az-a istinadən xəbər verir ki, Zərdabda beş nəfərin ölümü ilə nəticələnən ağır yol qəzasının yeni təfərrüatları üzə çıxıb.

Məmmədqasımlı kənd sakinlərinin sözlərinə görə, qəzada həlak olan Qalib Məhəmmədovun qızı uzun illər övlad sahibi ola bilməyib. Təxminən 15 ildən sonra ailənin qız övladı dünyaya gəlib. Hazırda 6 yaşında olan uşağın məktəbə başlaması və ad günü münasibətilə ailə tərəfindən kiçik məclis təşkil edilib.

Yaxınlarının bildirdiyinə görə, ailə üzvləri və qohumlar restoranda bir araya gəlib. Məclis başa çatdıqdan sonra hər kəs öz avtomobili ilə yola düşüb. Qalib Məhəmmədovun müəllim oğlu Elyar Məhəmmədov isə həyat yoldaşı və digər qohumları ilə birlikdə bir avtomobildə gedib.

Lakin yolda baş verən qəza ailənin sevincini faciəyə çevirib. Nəticədə beş nəfər həyatını itirib, yalnız Reyhan Məhəmmədova sağ qalıb.

Qəzada avtomobili idarə edən Elyar Məhəmmədov Məmmədqasımlı kənd tam orta məktəbində riyaziyyat müəllimi işləyib və Vətən müharibəsində iştirak edib. Onun atası Qalib Məhəmmədov isə uzun illər həmin məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi olub.

Qəza zamanı həyatını itirən digər şəxslərin də ailə üzvləri olduğu bildirilib. Həlak olanların dəfn mərasimi keçirilib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir