Cəlilabadda 15 yaşlı qızla ailə quran gənc həbs edildi

Cəlilabadda 15 yaşlı qızla ailə quran gənc həbs edildi

Cəlilabad rayonunda azyaşlı qızla ailə həyatı quran 21 yaşlı şəxs cinayət məsuliyyətinə cəlb olunub.

Xeberyerinde xəbər verir ki, Cəlilabad sakini 16 yaşına çatmamış qızla cinsi əlaqədə olduğuna görə Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə ittiham olunur.

Araşdırma nəticəsində məlum olub ki, tərəflər sosial şəbəkədə tanış olub, daha sonra qız ailəsinin razılığı olmadan oğlana qoşulub qaçıb. Sonradan ailələrin razılığı ilə el adəti ilə toy mərasimi keçirilsə də, rəsmi nikah bağlanmayıb.

Təqsirləndirilən şəxs məhkəmə hökmü ilə 1 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Mənbə: cenublu.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir