Ət doğrayarkən baş verən faciə: Anaya 2 il islah işləri cəzası

Ət doğrayarkən baş verən faciə: Anaya 2 il islah işləri cəzası

Cəlilabad rayonunda ehtiyatsızlıq nəticəsində 15 yaşlı oğlunun ölümünə səbəb olan qadın barəsində məhkəmə hökmü elan edilib.

Xeberyerinde.com xəbər verir ki, hadisə bu ilin martın 10-da rayonun Sərhədabad kəndində baş verib.

İstintaqla müəyyən edilib ki, Səliqə Abdulhüseynova oğlu Mirkamal Abdulhüseynovla birlikdə ət doğrayarkən yeniyetmənin əlindəki bıçaq qadının əlini kəsib. Ağrının təsiri ilə ehtiyatsız hərəkət edən qadının əlindəki bıçaq 15 yaşlı oğlunun sinəsinə batıb. Ağır xəsarət alan yeniyetmənin həyatını xilas etmək mümkün olmayıb.

Toplanmış sübutlar əsasında qadın Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə təqsirli bilinib.

Məhkəmənin hökmünə əsasən, Səliqə Abdulhüseynova aylıq qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 2 il müddətinə islah işləri cəzasına məhkum edilib.

mənbə: Lent.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir