Xeberyerinde Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, avqustun 6-da Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək.
Səhər saatlarında bəzi ərazilərdə qısamüddətli zəif yağış ehtimalı var. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.
Paytaxtda havanın temperaturu gecə 22-25, gündüz isə 29-32 dərəcə isti olacaq.
Rayonlarda da əsasən yağmursuz hava gözlənilsə də, gündüz saatlarında bəzi dağlıq və dağətəyi ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı proqnozlaşdırılır. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman müşahidə olunacaq.
Rayonlarda havanın temperaturu gecə 20-25, gündüz 34-39 dərəcə isti, dağlıq ərazilərdə isə gecə 15-20, gündüz 24-29 dərəcə isti olacaq.
Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) 25-26 dərəcə, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə 26-27 dərəcə isti təşkil edəcək.

