Gəncənin Poçt qəsəbəsində yerləşən restoranlardan birində baş verən qanlı insidentlə bağlı yeni təfərrüatlar məlum olub.
Hadisə zamanı 1983-cü il təvəllüdlü Azər Yusifov mübahisə edən şəxsləri sakitləşdirməyə çalışarkən bıçaqlanıb. Aldığı ağır xəsarətlər nəticəsində o, hadisə yerində həyatını itirib.
Məlumata görə, Azər Yusifov ailəli olub və iki övlad atası idi.
Xatırladaq ki, restoranın ərazisində bir neçə nəfər arasında başlayan mübahisə qısa müddətdə kütləvi davaya çevrilib. Hadisə nəticəsində Azər Yusifov həlak olub, 1998-ci il təvəllüdlü Azmat Peçerskiy, 1998-ci il təvəllüdlü Tural İlyasov və 1995-ci il təvəllüdlü Rahib Bayramlı müxtəlif dərəcəli bıçaq xəsarətləri alıblar.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Hadisəni törətməkdə şübhəli bilinən 2006-cı il təvəllüdlü Mirad Məmmədzadə saxlanılıb.
Mənbə: Qafqazinfo

