“Deyirəm yanır, deyirsən qoy yansın, heç nə olmaz” – Bakıda yanan KİA ilə bağlı ŞOK VİDEO

“Deyirəm yanır, deyirsən qoy yansın, heç nə olmaz” – Bakıda yanan KİA ilə bağlı ŞOK VİDEO

Bakıda ötən gün yanan KİA markalı avtomobillə bağlı yeni görüntülər yayılıb.

Xəbər Yerində xəbər verir ki, sosial şəbəkələrdə yayılan videoda avtomobil sahibinin hadisədən sonra ustayla telefon danışığı əks olunub.

Məlum olub ki, sürücü avtomobildə problem yarandığını, tormozun tutmadığını və bundan sonra maşının yanmağa başladığını ustaya bildirir. Ustanın isə ona “yanır, qoy yansın” deməsi avtomobil sahibinin narazılığına səbəb olub.

Bundan sonra avtomobil sahibi hiddətli şəkildə ustaya etiraz edərək: “Bəs sən necə ustasan?” – deyə reaksiya verir.

İlkin ehtimala görə, avtomobildə yanğın ABS sistemində yaranan nasazlıq səbəbindən baş verə bilər. Hadisənin dəqiq səbəbinin araşdırma nəticəsində müəyyənləşəcəyi gözlənilir.

Qeyd edək ki, Kia Optima markalı avtomobil ötən gün Bakıda yanmışdı.

Həmin görüntüləri təqdim edirik:

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir