Doğum şöbəsində faciə: 14 körpə yanaraq öldü

Doğum şöbəsində faciə: 14 körpə yanaraq öldü

Xəbər Yerində xəbər verir ki, Pakistanın paytaxtı İslamabadda yerləşən Pakistan Tibb Elmləri İnstitutunun (PIMS) ginekologiya şöbəsində baş verən yanğın nəticəsində azı 14 yeni doğulmuş körpə həyatını itirib.

Məlumata görə, yanğın xəstəxananın ana və uşaq şöbəsinin üçüncü mərtəbəsində, yeni doğulmuş körpələrin yerləşdirildiyi bölmədə başlayıb. Hadisə zamanı şöbədə ən azı 15 körpənin olduğu, onlardan yalnız birinin xilas edildiyi bildirilir.

İlkin məlumatlarda yanğının kondisioner qurğusunun kompressorunda yaranan nasazlıq və ya partlayışdan başladığı bildirilib. Bununla yanaşı, PIMS sözçüsü yanğının qısaqapanma nəticəsində baş vermiş ola biləcəyini açıqlayıb. Hadisənin dəqiq səbəbi araşdırılır.

Hadisə yerinə yanğınsöndürənlər və xilasedicilər cəlb olunub. Alov qısa müddətdə nəzarətə götürülüb, xilas edilən şəxslər isə tibbi yardım üçün reanimasiya şöbəsinə yerləşdirilib.

Pakistanın Baş naziri Şahbaz Şərif faciə ilə bağlı dərhal araşdırma aparılması barədə göstəriş verib. Hadisənin səbəblərinin müəyyənləşdirilməsi və məsul şəxslərin müəyyən olunması tapşırılıb

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir