Dvorkoviçdən gözlənilməz qərar: FİDE-də səlahiyyətlərini müvəqqəti təhvil verdi

Dvorkoviçdən gözlənilməz qərar: FİDE-də səlahiyyətlərini müvəqqəti təhvil verdi

Beynəlxalq Şahmat Federasiyasının (FİDE) Prezidenti Arkadi Dvorkoviç vəzifəsini müvəqqəti tərk etdiyini açıqlayıb.

Xeberyerinde APA-ya istinadən xəbər verir ki, Dvorkoviç bu qərarını adının Avropa İttifaqının 21-ci sanksiyalar paketinə daxil edilməsi ilə əlaqələndirib.

O, Aİ-nin qərarını əsassız adlandıraraq, buna qarşı bütün mümkün hüquqi vasitələrdən istifadə ediləcəyini bildirib.

Dvorkoviçin sözlərinə görə, məhkəmənin yekun qərarınadək tətbiq olunan sanksiyalar FİDE-nin fəaliyyətinə mənfi təsir göstərə bilər. Bu səbəbdən o, federasiyanın maraqlarını nəzərə alaraq prezident səlahiyyətlərini müvəqqəti dayandırmaq qərarı verib.

FİDE Nizamnaməsinə əsasən, prezidentin səlahiyyətlərini müvəqqəti olaraq qurumun vitse-prezidenti, şahmat üzrə 15-ci dünya çempionu Vişvanatan Anand icra edəcək.

Qeyd edək ki, Arkadi Dvorkoviç 2018-ci ildən FİDE-yə rəhbərlik edir. O, 2022-ci ildə keçirilən seçkilərdə ikinci dəfə federasiyanın prezidenti seçilmişdi.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir