Əfv edilən Pakistan vətəndaşı azadlığa buraxıldı-FOTO

Əfv edilən Pakistan vətəndaşı azadlığa buraxıldı-FOTO

Xəbər Yerində “Qafqazinfo”ya istinadən xəbər verir ki, Prezident İlham Əliyevin Sərəncamı ilə əfv olunan Pakistan vətəndaşı Sabir Sonia azadlığa buraxılıb.

Qadın məhkum bu gün 4 saylı Cəzaçəkmə Müəssisəsində azad edilib. Tədbir zamanı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin rəis müavini, general-mayor Oqtay Məmmədov ona azadlıqdan sonrakı həyatında uğurlar arzulayıb.

Sabir Sonia isə əfv qərarına görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib.

Qeyd edək ki, Sabir Sonia Prezidentin bugünkü əfv Sərəncamı ilə azadlığa çıxan yeganə qadın məhkumdur. O, quldurluqda təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum edilmişdi. Sərəncamla onun cəzasının çəkilməmiş 6 aylıq hissəsi bağışlanıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir