Bakı-Xırdalan qatarının hərəkətində gecikmə yaranıb. Qatar Dərnəgül dayanacağında təxminən 30 dəqiqədir hərəkətsiz qalıb.
“Xəbər Yerində” “Oxu.Az”a istinadən xəbər verir ki, ilkin məlumata görə, sərnişinlərin əksəriyyəti qatardan düşərək metronun “Dərnəgül” stansiyasına üz tutub. Bəzi sərnişinlərin səhhətinin pisləşdiyi də bildirilir.
“Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) sorğuya cavab olaraq bildirilib ki, gecikməyə səbəb elektrik təchizatında gərginliyin olmamasıdır.
Qurumun məlumatına görə, bu gün saat 19:00 radələrində “Dərnəgül” dayanacağında elektrik xəttində gərginliyin olmaması səbəbindən qatarlardan birinin hərəkətində gecikmə qeydə alınıb.
Sərnişinlərin mənzil başına təhlükəsiz çatdırılması üçün müvafiq tədbirlər görülür.

