Elşad Xose aylar sonra görüntüləndi – “Hər şey qaydasındadır”

Elşad Xose aylar sonra görüntüləndi – “Hər şey qaydasındadır”

Tanınmış reper Elşad Xose aylar sonra ilk dəfə görüntülənib.

Xəbər Yerində xəbər verir ki, bir neçə ay əvvəl sosial şəbəkələrdə və bəzi media orqanlarında reperin səhhətinin ağırlaşdığı və Maştağada yerləşən Respublika Psixiatriya Xəstəxanasına yerləşdirildiyi barədə məlumatlar yayılmışdı.

Respublika Psixiatriya Xəstəxanası həmin iddiaları təkzib etsə də, Səhiyyə Nazirliyi qanunvericiliyin tələblərini əsas gətirərək Elşad Xose ilə bağlı məlumatı nə təsdiqləyib, nə də təkzib edib.

Yayılan xəbərlərdən sonra ilk dəfə görüntülənən reper Bakıda şadlıq saraylarından birində keçirilən toy mərasimində çıxış edəcəyini bildirib.

O, səhhəti ilə bağlı sualı cavablandırarkən “Hər şey qaydasındadır” deyib.

Mənbə: Oxu.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir