Məşhur türkiyəli müğənni Emrah İpəyin böyük oğlu Tayfun Erdoğan sosial media paylaşımı ilə gündəmə gəlib.
Xəbər Yerində BAKU.WS-ə istinadən xəbər verir ki, Tayfun Erdoğan şəxsi “Instagram” hesabında istirahəti zamanı çəkdiyi görüntüləri izləyiciləri ilə bölüşüb.
Məlumata görə, Emrahın oğlu istirahət üçün Azərbaycanın səfalı bölgələrindən biri olan Zaqatalanı seçib.
Tayfun Erdoğan Zaqataladan video paylaşaraq hazırda bölgədə dincəldiyini nümayiş etdirib.
Sözügedən görüntüləri təqdim edirik:

