Bakının Sabunçu rayonunda baş verən ölüm hadisəsinin qətl olduğu müəyyənləşib.
Xəbər Yerində Xəzər TV-yə istinadən xəbər verir ki, avqustun 23-də gecə saatlarında 1980-ci il təvəllüdlü Nail Syubayevin yaşadığı evdə boğaz nahiyəsindən bıçaq xəsarəti alaraq özünü öldürməsi barədə polisə məlumat daxil olub.
Araşdırma zamanı hadisənin əslində qətl olduğu müəyyən edilib. Məlumata görə, Nail Syubayev həyat yoldaşı, 1984-cü il təvəllüdlü Alfina Azizova tərəfindən münaqişə zəminində bıçaqlanaraq öldürülüb.
Alfina Azizova polis əməkdaşları tərəfindən saxlanılıb və istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma davam etdirilir.

