Bakının Xətai rayonunda hündürmərtəbəli yaşayış binasında baş verən yanğının mənzil sahibi tərəfindən törədildiyi məlum olub.
Xəbər Yerində APA-ya istinadən xəbər verir ki, hadisəni qəsdən törətməkdə şübhəli bilinən 47 yaşlı şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırma zamanı həmin şəxsin ruhi-əsəb xəstəliklərindən əziyyət çəkdiyi müəyyənləşib. Onun xüsusi təyinatlı tibb müəssisəsinə yerləşdirilməsi təmin edilib.
Qeyd edək ki, yanğın ötən gün axşam saatlarında “Həzi Aslanov” metrostansiyasının yaxınlığındakı yaşayış binalarından birində baş verib.

