Xəbər Yerində xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar xəttinə daxil olan müraciətlər əsasında ötən həftə ərzində müxtəlif istiqamətlər üzrə xilasetmə əməliyyatları keçirilib.
FHN-nin aidiyyəti qurumları 412 yanğına çıxış edib. Bundan başqa, köməksiz vəziyyətdə qalan şəxslərlə bağlı 35, avtonəqliyyat qəzaları ilə əlaqədar isə 3 qəza-xilasetmə əməliyyatı həyata keçirilib.
Aparılan təxirəsalınmaz tədbirlər nəticəsində ümumilikdə 41 nəfərin, o cümlədən 8 azyaşlının həyatı xilas edilib.
Həmçinin 14 nəfər təhlükəsiz əraziyə təxliyə olunub, 3 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.
FHN bildirib ki, nazirliyin qüvvələri əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

