İspaniyanın nüfuzlu Marca nəşri FIFA prezidenti Canni İnfantinonu əvəz edə biləcək beş əsas namizədin adını açıqlayıb.
Xeberyerinde Qafqazinfo-ya istinadən xəbər verir ki, siyahıda futbol idarəçiliyinin tanınmış simaları yer alıb:
- Nasser Əl-Xəlaifi – PSJ-nin və Avropa Klublar Assosiasiyasının (ECA) prezidenti;
- Viktor Montalyani – FIFA-nın vitse-prezidenti və KONKAKAF prezidenti;
- Aleksander Çeferin – UEFA prezidenti;
- Şeyx Salman bin İbrahim Əl-Xəlifə – Asiya Futbol Konfederasiyasının (AFC) prezidenti;
- Patris Motsepe – Afrika Futbol Konfederasiyasının (CAF) prezidenti.
Marcanın yazdığına görə, FIFA Şurasının vitse-prezidenti Viktor Montalyani qurumun daxili işinə dərindən bələd olması səbəbindən prezident postuna ən real namizəd hesab edilir.
Qeyd edək ki, FIFA prezidentliyinə namizədliklərin irəli sürülməsi üçün son tarix 18 noyabr 2026-cı ildir. Namizədlər yalnız milli futbol assosiasiyaları tərəfindən irəli sürülə bilər və hər bir iddiaçı ən azı beş milli federasiyanın dəstəyini qazanmalıdır.
FIFA prezident seçkiləri isə 18 mart 2027-ci ildə Mərakeşin paytaxtı Rabatda keçiriləcək.

