Fənərbağça Çempionlar Liqasında üstünlük qazandı – Qrinvud ilk qolunu vurdu

Fənərbağça Çempionlar Liqasında üstünlük qazandı – Qrinvud ilk qolunu vurdu

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda Türkiyə təmsilçisi “Fənərbağça” doğma meydanda Avstriyanın “Şturm Qrats” komandasını 2:0 hesabı ilə məğlub edib.

İstanbul təmsilçisinin qollarını 10-cu dəqiqədə Anderson Taliska, 45-ci dəqiqədə isə yay transferi Meyson Qrinvud vurub. Beləliklə, “Fənərbağça” cavab görüşü öncəsi vacib üstünlük əldə edib.

Qeyd edək ki, Meyson Qrinvud “Fənərbağça”nın heyətində ilk dəfə start heyətində meydana çıxıb və debüt qolunu vurub. Fransalı yarımmüdafiəçi N’Qolo Kante də bu mövsüm ilk rəsmi oyununa çıxıb.

Komandalar arasında cavab görüşü avqustun 11-də Avstriyada keçiriləcək.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir