Gəncədə ikimərtəbəli evdə yanğın baş verdi-VİDEO

Gəncədə ikimərtəbəli evdə yanğın baş verdi-VİDEO

Gəncə şəhərində fərdi yaşayış evində yanğın olub.

“Xəbər Yerində” xəbər verir ki, hadisə Bağmanlar küçəsində qeydə alınıb.

Yanğınla bağlı Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə məlumat daxil olduqdan sonra əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə Şəhər Yanğından Mühafizə İdarəsinin əməkdaşları cəlb olunub.

Yanğınsöndürənlərin müdaxiləsi nəticəsində alovun evin digər hissələrinə keçməsinin qarşısı alınıb və yanğın qısa müddətdə nəzarətə götürülərək söndürülüb.

Məlumata görə, ümumi sahəsi 310 kvadratmetr olan ikimərtəbəli, yeddiotaqlı yaşayış evinin birinci mərtəbəsindəki otaqlardan birində 55 kvadratmetr sahədə yanar konstruksiyalar zədələnib.

Hadisə zamanı xəsarət alan olmayıb.

Yanğınsöndürənlərin operativ fəaliyyəti nəticəsində yaşayış evinin böyük hissəsi alovdan qorunub.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir